Qazaxıstanda referendumun ilkin nəticələri açıqlanıb
Şəfa Hüseynli
Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə ümumxalq referendumunda ümumilikdə 9.127.192 nəfər və ya səsvermə hüququna malik vətəndaşların 73,01%-i iştirak edib.
Operativ Media xəbər verir ki, bu barədə Qazaxıstan Respublikasının Mərkəzi Referendum Komissiyası məlumat yayıb.
İlkin məlumatlara görə, təklif olunan dəyişikliklərin qəbul edilməsinin lehinə 7.954.667 nəfər səs verib ki, bu da seçicilərin ümumi sayının 87,15%-ni təşkil edir.
898.099 vətəndaş əleyhinə səs verib. 146.558 bülleten etibarsız hesab edilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net