Menyu

BƏƏ-də İrana hücumlar barədə saxta xəbərlər yaydıqlarına görə 19 Hindistan vətəndaşı həbs edilib

Şəfa Hüseynli
BƏƏ-də İrana hücumlar barədə saxta xəbərlər yaydıqlarına görə 19 Hindistan vətəndaşı həbs edilib

Birləşmiş Ərəb Əmirliklərinin hakimiyyət orqanları Yaxın Şərqdəki hərbi münaqişə fonunda ölkədəki vəziyyətlə bağlı sosial mediada videolar yaydıqlarına görə 19 Hindistan vətəndaşını həbs edib.

Operativ Media xəbər verir ki, bu barədə "Hindustan Times" qəzeti məlumat yayıb.

BƏƏ Baş Prokurorluğu onları həm faktiki məlumatları həm də BƏƏ-də çaxnaşma yarada və daxili vəziyyəti poza biləcək süni şəkildə uydurma məzmunu yaymaqda ittiham edir. Təqsirləndirilən şəxslər həmçinin hərbi təcavüz aktları törədən dövlət haqqında təbliğat aparmaqda, eyni zamanda onun rəhbərliyini və hərbi əməliyyatlarını tərifləməkdə ittiham olunurlar.

Əlaqəli Xəbərlər