Menyu

İraqın cənubundakı əsas neft yataqlarında neft hasilatı dayandırılıb

Şəfa Hüseynli
İraqın cənubundakı əsas neft yataqlarında neft hasilatı dayandırılıb

İraqın cənubundakı ən böyük yataqlarda, o cümlədən Bəsrə əyalətindəki Qərbi Qurna və Məcnunda neft hasilatı müvəqqəti olaraq dayandırılıb.

Operativ Media xəbər verir ki, bu barədə İraqın neft naziri Hayyan Əbdül Qaninin video açıqlamasında bildirilib.

Onun sözlərinə görə, istehsalın dayandırılması Qərbi Qurna-1 və Qərbi Qurna-2, Feyha və Məcnuna, eləcə də ölkənin cənub-şərqindəki Meysan əyalətindəki bəzi yataqlara təsir edib.

"Hasilat, azaldılmış səviyyədə olsa da, elektrik stansiyalarını təmin etmək üçün ölkənin mərkəzi hissəsindəki yataqlarda davam edir", - deyə o bildirib

Əlaqəli Xəbərlər