Pekin və Pxenyan arasında uçuşların martın 30-da bərpa edilməsi planlaşdırılır.
Operativ Media xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jian bildirib.
Brifinq zamanı Çin diplomatı Çin və Şimali Koreyanın yaxşı qonşular olduğunu vurğulayıb.
"Air China" aviaşirkəti COVID-19 pandemiyası səbəbindən 2020-ci ildə bu marşrut üzrə uçuşları dayandırmışdı. Hazırda Şimali Koreyanın "Air Koryo" aviaşirkəti bu marşruta xidmət göstərən yeganə aviaşirkət olaraq qalır.