Qırğızıstan və Qazaxıstan liderləri arasında telefon danışığı baş tutub
Şəfa Hüseynli
Qırğızıstan Prezidenti Sadır Japarov Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
Sadır Japarov Qazaxıstanın yeni Konstitusiya layihəsi üzrə referendumun uğurla keçirilməsi münasibətilə Kasım-Jomart Tokayevi təbrik edib.
Dövlət başçıları ikitərəfli və çoxtərəfli əməkdaşlığın cari məsələlərini, eləcə də Qırğızıstan-Qazaxıstan əməkdaşlığının daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər.