Menyu

Macarıstan və Slovakiya yeni qaz kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalayacaqlar

Şəfa Hüseynli
Macarıstan və Slovakiya yeni qaz kəmərinin çəkilməsi ilə bağlı müqavilə imzalayacaqlar

Macarıstan və Slovakiya Ukraynanın tətbiq etdiyi neft blokadası fonunda enerji təhlükəsizliyini təmin etmək üçün iki ölkə arasında yeni neft kəməri çəkmək qərarına gəliblər.

Operativ Media xəbər verir ki, bu barədə Brüsseldə Aİ həmkarları ilə görüşdə olan Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

Xarici işlər naziri Macarıstan televiziya kanalları tərəfindən yayımlanan video müraciətində bildirib ki, "Bu gün mən slovaklarla iki ölkə arasında yeni neft kəmərinin tikintisi ilə bağlı müqavilə imzalayacağam". 

Məlumata görə, müqavilə martın 16-da imzalanacaq.

Əlaqəli Xəbərlər