ABŞ NATO və ərəb ölkələrindən Hörmüz boğazında səylərini artırmağı tələb edir
Operativ Media
Birləşmiş Ştatlar NATO-dakı müttəfiqlərindən və ərəb dünyasındakı tərəfdaşlarından Hörmüz boğazında birgə fəaliyyətlərini gücləndirməyi tələb edir.
Operativ Media xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Livitt bildirib.
"Bəli, Donald Tramp Avropadakı müttəfiqlərimiz, həmçinin Fars körfəzi və ərəb dünyasındakı bir çox tərəfdaşlarımızla danışıqlar aparır. O, onları Hörmüz boğazının açılması üçün daha fəal olmağa və konkret addımlar atmağa çağırır. Bu məsələdə, ilk növbədə, NATO-dakı müttəfiqlərimizin fəallaşması vacibdir", – deyə ABŞ liderinin nümayəndəsi "Fox News" telekanalının canlı efirində bildirib.