Menyu

Aİ gəmilərini Hörmüz boğazına göndərməkdən imtina edib

Operativ Media
Aİ gəmilərini Hörmüz boğazına göndərməkdən imtina edib

Avropa Birliyinin xarici işlər nazirləri Avropa dəniz missiyası “Aspides” çərçivəsində yerləşdirilən gəmilərin Hörmüz boğazına göndərilməsini dəstəkləməyiblər.

Operativ Media xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaja Kallas Aİ xarici işlər nazirlərinin görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlər Qırmızı dənizdə fəaliyyət göstərən Aspides missiyasının mandatının genişləndirilməsini istəməyiblər.

“Bu, bizim müharibəmiz deyil və onu biz başlatmamışıq. Qırmızı dənizdə “Aspides” missiyamız var. Lakin nazirlər onun mandatını genişləndirmək istəmədiklərini bildiriblər”, – deyə Kallas qeyd edib.

Əlaqəli Xəbərlər