İran XİN: Ayətullah Müctəba Xamenei tezliklə ictimaiyyətə müraciət edə bilər
Operativ Media
İranın yeni ali rəhbəri ayətullah Müctəba Xameneinin səhhəti qaydasındadır və o, tezliklə yeni müraciətlə çıxış edə bilər.
Operativ Media xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İsmayıl Baqai məlumat verib.
Baqai "NDTV" telekanalına müsahibəsində bildirib: "Sizə deyə bilərəm ki, hər şey qaydasındadır".
XİN rəsmisi həmçinin əlavə edib: "Siz artıq onun müraciəti barədə eşitmisiniz. Ümid edirəm ki, o, çox yaxın zamanda ictimaiyyətə növbəti müraciətini ünvanlayacaq".
O qeyd edib ki, Yaxın Şərqdəki münaqişə "ABŞ və İsrail tərəfindən İrana qarşı tətbiq edilən müharibədir". "İranlılar öz vətənlərini müdafiə etmək əzmindədirlər və biz hazırda məhz bununla məşğuluq", — deyə Baqai vurğulayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net