Menyu

Qırğızıstan və BƏƏ xarici işlər nazirləri telefonla regional təhlükəsizliyi müzakirə edib

Şəfa Hüseynli
Qırğızıstan və BƏƏ xarici işlər nazirləri telefonla regional təhlükəsizliyi müzakirə edib

Qırğızıstan Respublikasının xarici işlər naziri Jeenbek Kulubayev Birləşmiş Ərəb Əmirliklərinin Baş nazirinin müavini və xarici işlər naziri Abdullah bin Zayed Əl Nəhyan ilə telefon danışığı aparıb.

Operativ Media xəbər verir ki, bu barədə Qırğızıstan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Tərəflər regionda gərginliyin tezliklə azalmasına, diplomatik dialoqun bərpasına və sülhün və sabitliyin möhkəmləndirilməsi üçün konkret konstruktiv addımların atılmasına ümid etdiklərini bildiriblər.

Əlaqəli Xəbərlər