Menyu

ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb

Şəfa Hüseynli
ABŞ səfirliyi vətəndaşlarını İraqı tərk etməyə çağırıb

ABŞ-nin İraqdakı səfirliyi vətəndaşlarını ölkəni dərhal tərk etməyə və Bağdaddakı diplomatik nümayəndəliyin, Ərbildəki konsulluğun yerləşdiyi ərazilərə baş çəkməkdən çəkinməyə çağırıb.

Operativ Media xəbər verir ki, bu barədə səfirliyin saytında bildirilib.

Diplomatik missiya həmçinin ABŞ vətəndaşlarını İraqa bütün səyahətlərdən çəkinməyə çağırıb. Səfirlik ərazisinin müxtəlif terrorçu qruplar tərəfindən dəfələrlə hücuma məruz qaldığını qeyd edib.

Əlaqəli Xəbərlər