Menyu

Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstan 78 əcnəbi vətəndaşı deportasiya edib

Şəfa Hüseynli
Azərbaycan vətəndaşları da daxil olmaqla Gürcüstan 78 əcnəbi vətəndaşı deportasiya edib

Son günlərdə görülən tədbirlər nəticəsində 78 xarici vətəndaş Gürcüstandan deportasiya edilib.

Operativ Media xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Miqrasiya İdarəsi tərəfindən görülən kompleks tədbirlər nəticəsində Azərbaycan, Belarus, Almaniya, Misir, Zimbabve, Türkiyə, Türkmənistan, Yəmən, Hindistan, Konqo, Nigeriya, Rusiya, Cənubi Afrika, Ermənistan, Qırğızıstan və Çinin ümumilikdə 78 vətəndaşı ölkədən çıxarılıb.

Mövcud qanunvericiliyə uyğun olaraq, deportasiya edilən şəxslərin ölkəyə girişi qadağan edilib.

Əlaqəli Xəbərlər