İstanbulda İŞİD ilə əlaqəsi olan Qırğızıstan vətəndaşı ölkəsinə gətirilib
Qırğızıstan Milli Təhlükəsizlik Dövlət Komitəsi (MTM) beynəlxalq terror təşkilatı olan İslam Dövləti ilə əlaqədə şübhəli bilinən bir Qırğızıstan vətəndaşını saxlayıb.
Operativ Media xəbər verir ki, bu barədə agentliyin mətbuat xidməti məlumat yayıb.
Dövlət Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, saxlanılan "T.M.Ş." Oş vilayətinin Aravan rayonunda dindarlar arasında terror ideologiyasını yaymaqla məşğul olurdu. O, həmçinin konstitusiya quruluşunun devrilməsinə və "xilafət" formasında teokratik dövlətin qurulmasına çağırışlar edirdi.
Bundan əlavə, kəşfiyyat orqanlarının məlumatına görə, şübhəli qanunsuz silahlı qrupların tərəfində Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etmək üçün vətəndaşları cəlb edib və Qırğızıstanda terror aktları törətmək planları qurub.
Terrorla mübarizə tədbirləri nəticəsində həmin şəxs İstanbulda saxlanılıb.
DTX əməkdaşları onu Qırğızıstana təhvil veriblər.
Hazırda araşdırma aparılır.