Tokayev Qazaxıstanın yeni konstitusiyasını və onun tətbiqi ilə bağlı tədbirlər haqqında fərman imzalayıb
Şəfa Hüseynli
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev respublikanın yeni konstitusiyasını və əsas qanunun tətbiqi tədbirləri haqqında fərman imzalayıb.
Operativ Media xəbər verir ki, bu barədə respublika konstitusiyasının qəbul edilməsinə həsr olunmuş təntənəli tədbirdən sonra Qazaxıstan liderinin mətbuat xidməti məlumat verib.
"Dövlət başçısı Qasım-Jomart Tokayev Qazaxıstan Respublikasının Konstitusiyasını və 15 mart 2026-cı ildə qəbul edilmiş Qazaxıstan Respublikası Konstitusiyasının tətbiqi tədbirləri haqqından fərmanı imzalayıb", - deyə bəyanatda bildirilir.
Prezidentin fərmanına əsasən, Qazaxıstanın hazırkı 1995-ci il Konstitusiyasının orijinalı arxivləşdiriləcək, yenisi isə dövlət başçısında saxlanılacaq.