Menyu

Meksikada neft emalı zavodunun yaxınlığında baş verən yanğın nəticəsində beş nəfər ölüb

Şəfa Hüseynli
Meksikada neft emalı zavodunun yaxınlığında baş verən yanğın nəticəsində beş nəfər ölüb

Meksikadakı "Olmeca" neft emalı zavodunun qarşısında yağlı suyun yığılması və alışması nəticəsində beş nəfər ölüb.

Operativ Media xəbər verir ki, bu barədə Meksikanın dövlət neft və qaz şirkəti "Petroleos Mexicanos" məlumat yayıb.

Şirkətin açıqlamasında deyilir: "Olmeca neft emalı zavodunun xaricinə yağan güclü yağışlar nəticəsində maye yığılıb və sonradan zavodun xaricində alovlanıb".

Hadisə nəticəsində biri Pemex işçisi olmaqla beş nəfər həlak olub.

Bəyanatda zərərçəkənlərin lazımi yardımı aldığı vurğulanıb. Şirkət əlavə edib ki, vəziyyət hazırda nəzarət altındadır və ictimaiyyət və ya işçilər üçün heç bir risk yaratmır.

Pemex-in strateji təhlükəsizlik qrupu hadisənin səbəbini müəyyən etmək üçün müvafiq orqanlarla işləyir.

Əlaqəli Xəbərlər