Menyu

ABŞ-nin Corciya ştatında veteranlar klinikasında atışma baş verib

Şəfa Hüseynli
ABŞ-nin Corciya ştatında veteranlar klinikasında atışma baş verib

ABŞ-nin Corciya ştatında veteranlar klinikasında atışma baş verib.

Operativ Media xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Kiçik Casper şəhərində polis veteranlar klinikasında atışma baş verdiyi barədə məlumat alıb. Hadisə yerinə çatanda polislər silahlı bir kişi ilə qarşılaşıb və atəş açıblar. Silahlı şəxs atışma zamanı ölüb.

Şübhəlinin şəxsiyyəti, eləcə də motivləri hələlik açıqlanmayıb.

Həmçinin bildirilib ki, hadisədən sonra Veteranlar İşləri Xidmətinin əməkdaşı helikopterlə xəstəxanaya göndərilib.

Jasper polis rəisi bildirib ki, istintaqla Federal Təhqiqat Bürosu və Corciya Təhqiqat Bürosu məşğul olacaq.

Əlaqəli Xəbərlər