Avrasiya Hökumətlərarası Şurasının iclası Qazaxıstanda keçiriləcək
Avrasiya Hökumətlərarası Şurasının (AHHŞ) baş nazirlər səviyyəsində iclası 26-27 mart tarixlərində Şımkentdə keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə AİB Koordinasiya Departamentinin rəhbəri Elimbek Kanıbek uulu bildirib.
Təxminən 15 məsələnin müzakirəsi planlaşdırılır.
Onun sözlərinə görə, gündəlikdəki əsas məsələlərdən biri əməkdaşlıq qaydalarına dəyişikliklər olacaq. "Yenilənmiş qaydalar çərçivəsində xüsusi meyarların və daha sadələşdirilmiş layihə seçim mexanizmlərinin tətbiq olunacağı barədə təlimat qəbul edilib", - deyə o qeyd edib.
Bundan əlavə, iclasda davam edən makroiqtisadi siyasətin bir hissəsi olaraq komissiyalar tərəfindən edilən əlavə ödənişlərlə bağlı məsələlərin müzakirəsi planlaşdırılır.
Elimbek vurğulayıb ki, mövcud qaydalara uyğun olaraq, üzv ölkələr Birlik daxilində mövcud vəziyyətlə bağlı illik analitik hesabatlar təqdim etməli və öz inkişaf proqnozlarını hazırlamalıdırlar.