Türkiyə və Pakistan XİN rəhbərləri telefon danışığı aparıb
Şəfa Hüseynli
Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri senator Məhəmməd İshaq Dar türkiyəli həmkarı Hakan Fidan ilə telefon danışığı aparıb.
Operativ Media xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Tərəflər regionda inkişaf edən vəziyyəti müzakirə edib və artan gərginliklə bağlı ciddi narahatlıqlarını ifadə ediblər.
Məhəmməd İshaq Dar gərginliyin azaldılmasının təxirəsalınmaz zərurət olduğunu vurğulayıb. O, konstruktiv dialoq və diplomatiyanın regionda sülh və sabitliyin təşviqi, habelə problemlərin həlli üçün yeganə effektiv vasitə olduğunu qeyd edib.