Türkiyə MN: Adanada daha bir Patriot sistemi yerləşdirilir
Şəfa Hüseynli
Türkiyə Adanada hava məkanını və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün daha bir "Patriot" sistemi yerləşdirir.
Operativ Media xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Adanadakı "Patriot" sisteminə əlavə olaraq Almaniyadakı Müttəfiqlərin Hava Komandanlığı (NATO AİRCOM) tərəfindən təyin edilən "Patriot" da yerləşdirilir.