Yanvar-fevral aylarında 32 milyon dollarlıq pambıq lifi ixrac edilib
Operativ Media
Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 31,9 milyon dollar dəyərində 24 min tona yaxın pambıq lifi ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 34,2 faiz, həcm baxımından isə 39,8 faiz çoxdur.
Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq dövrünün göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə pambıq lifi ixracının xüsusi çəkisi 6,04 faizə bərabər olub.