Azərbaycanla Türkiyə şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə edilib
Operativ Media
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkiyənin "Fiba Holdinq"inin nümayəndələri ilə görüş keçirib.
Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" hesabında etdiyi paylaşımda bildirib.
Məlumata görə, görüşdə biznes tərəfdaşlığının təşviqi və potensial əməkdaşlıq istiqamətləri müzakirə edilib.
Bundan başqa, bərpa olunan enerji və infrastruktur layihələrində, həmçinin enerji təchizatı, turizm və tikinti sahələrində birgə fəaliyyət imkanları dəyərləndirilib.