Menyu

Rusiyadan Bakı Metrosu üçün alınan qatarlardan ikisi ölkəyə gətirilib

Rusiyadan Bakı Metrosu üçün alınan qatarlardan ikisi ölkəyə gətirilib

"Bakı Metropoliteni" QSC-nin Rusiyanın “Transmaşholdinq” SC-nin tərkibinə daxil olan “Metrovaqonmaş” müəssisəsindən aldığı 2 yeni qatar Azərbaycan paytaxtına çatıb.

Bunu "Operativ Media"ya səhmdar cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

"Ötən ay göndərilmiş 2 qatar (10 vaqon) artıq Nərimanov elektrik deposundadır. Müqavilə şərtlərinə uyğun olaraq, digər 2 qatarın da ilin sonuna qədər Azərbaycana gətirilməsi planlaşdırılır", - deyə o, qeyd edib.

Yeni qatarların Həzi Aslanov-Dərnəgül xəttinə buraxılması gözlənilir.

Xatırladaq ki, 2019-cu ildə bağlanmış müqaviləyə əsasən Bakı metrosu 2020-2022-ci illərdə Rusiyadan ümumilikdə 12 qatar (60 vaqon) almalıdır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər