Menyu

Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə üzrə birgə müəssisə yaradılır

Operativ Media
Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə üzrə birgə müəssisə yaradılır

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə işgüzar səfərdə olan “Samruk-Kazına” ASC-nin İdarə heyətinin sədri Nurlan Jakupov ilə görüş keçirib.

Operativ Media xəbər verir ki, bu barədə nazir öz "X" hesabında paylaşım edib.

Görüş zamanı nəqliyyat və logistika sahəsində ikitərəfli əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Həmçinin Azərbaycan və Qazaxıstan limanlarında dibdərinləşdirmə işləri üzrə birgə layihə çərçivəsində əldə olunmuş nəticələr və əsas məqsədlər barədə fikir mübadiləsi aparılıb.

Görüşün yekununda AZCON Holding ilə “Samruk-Kazına” ASC-nin törəmə şirkəti olan “Samruk-Kazına Invest” MMC arasında dibdərinləşdirmə gəmisinin alışı və dibdərinləşdirmə işlərinin aparılması məqsədilə birgə müəssisənin yaradılmasına dair səhmdarlar sazişi imzalanıb.

Əlaqəli Xəbərlər