Menyu

Yanvar-fevral aylarında 17,7 milyon dollarlıq etilen polimerləri ixrac edilib

Operativ Media
Yanvar-fevral aylarında 17,7 milyon dollarlıq etilen polimerləri ixrac edilib

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-fevral aylarında ölkədən 17,7 milyon dollar dəyərində 18,6 min tondan çox ilkin formalarda etilen polimerləri ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 6,8 faiz, həcm baxımından isə 30,9 faiz çoxdur.

Ümumilikdə cari ilin ilk iki ayında ölkədən dəyəri 529,49 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 20 faiz üstələyir. Hesabat dövründə etilen polimerləri ixracının xüsusi çəkisi 3,35 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər