Menyu

Azərbaycan manatının dövretmə sürəti azalıb

Operativ Media
Azərbaycan manatının dövretmə sürəti azalıb

Bu il martın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 2,83 bənd təşkil edib.

Operativ Media Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, aylıq müqayisədə 0,01 bənd, ilin əvvəli ilə müqayisədə 0,37 bənd, ötən il martın 1-nə nisbətən isə 0,4 bənd azdır.

AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Əlaqəli Xəbərlər