Azərbaycanın İraq ilə ticarət dövriyyəsi 10 faizədək artıb
Operativ Media
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın İraq ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 9,7 faiz artaraq 4,4 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İraq ilə ticarətin payı 0,07 faiz təşkil edib.