Menyu

Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir

Operativ Media
Azərbaycan Pakistan bazarında turizm əlaqələrini genişləndirir

Azərbaycanın turizm imkanları Pakistanın Karaçi şəhərində keçirilən “Pakistan Travel Mart 2026” (PTM) sərgisi və İslamabad şəhərində təşkil olunan “PTM Roadshow” silsilə tədbirləri çərçivəsində təqdim olunub.

Operativ Media xəbər verir ki, bu barədə Dövlət Turizm Agentliyi məlumat yayıb.

Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə milli stenddə “Şahdağ” Turizm Mərkəzi və "Azərbaycan Hava Yolları" QSC (AZAL) daxil olmaqla 5 yerli turizm sənayesi tərəfdaşı ölkəmizi təmsil edib.

Sərgi və silsilə tədbirlər çərçivəsində keçirilən görüşlərdə Azərbaycanın turizm potensialının təşviqi məqsədilə B2B formatlı danışıqlar aparılıb, əməkdaşlıq imkanları nəzərdən keçirilib, iştirakçılara istirahət, lüks, macəra və mədəni turizm imkanları barədə ətraflı məlumat təqdim olunub.

Hər iki şəhərdə keçirilən tədbirlər Azərbaycanın Pakistan bazarında mövqeyinin gücləndirilməsi və ikitərəfli turizm əlaqələrinin inkişafı baxımından mühüm platforma kimi çıxış edib.

Qeyd edək ki, 2025-ci il ərzində Pakistandan Azərbaycana səfər edənlərin sayı 13% artaraq 91 043 nəfər olub.

Cari ilin yanvar-fevral aylarında isə səfər edən Pakistan vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 14% artaraq 12 399 nəfər təşkil edib.

Fotogalereya

Əlaqəli Xəbərlər