Menyu

“Brent” markalı neft ucuzlaşıb

Operativ Media
 “Brent” markalı neft ucuzlaşıb

ABŞ ilə İran arasında atəşkəsə dair xəbərlər fonunda "ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 13,26% azalaraq 1 barelə görə 94,78 ABŞ dolları təşkil edib.

Operativ Media birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 14,33% azalaraq 96,76 ABŞ dollarına bərabər olub.

Əlaqəli Xəbərlər