Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin həcmi artıb
Operativ Media
Bu ilin yanvar-fevral aylarında Azərbaycanın Belçika ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 51,6 faiz artaraq 13,4 milyon dolları üstələyib.
Operativ Media-ya bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində Belçika ilə ticarətin payı 0,21 faiz təşkil edib.