Yanvar-fevral aylarında 17,6 milyon dollarlıq alma ixrac edilib
Operativ Media
Bu ilin yanvar-fevral aylarında ölkədən 17,6 milyon ABŞ dolları dəyərində 22,6 min tondan çox alma ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 29,8 faiz, həcmi isə 9,5 faiz artıb.
Cari ilin ilk iki ayında almanın ümumi ixracda xüsusi çəkisi 0,48 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,03 faizə bərabər olub.