Azərbaycan və ABŞ arasında Sİ infrastrukturunun yaradılması imkanları müzakirə olunub
Operativ Media
Azərbaycanın İqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ-nin süni intellekt (Sİ) sahəsində ixtisaslaşmış "Haimaker" şirkətinin baş icraçı direktoru Su Le ilə görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə nazir "X" hesabında yazıb.
"Azərbaycan-da Sİ infrastrukturunun yaradılması imkanlarını müzakirə etdik. Bu istiqamətdə strateji təklifləri, Ələt Azad İqtisadi Zonasında data mərkəz və bulud platformasının qurulması, əməkdaşlığın hüquqi əsaslarının təşkili və texnologiyaların transferi istiqamətində işbirliyi perspektivlərini nəzərdən keçirdik". - nazir qeyd edib.