Menyu

1-ci rübdə Energetika Nazirliyi tərəfindən 64 icazə verilib

Operativ Media
1-ci rübdə Energetika Nazirliyi tərəfindən 64 icazə verilib

2026-cı ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 64 icazə verilib. “İxrac nəzarəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) idxalı üzrə 55, ixracı üzrə 3 və tranziti üzrə 4 icazə verilib.

Operativ Media xəbər verir ki, bu barədə Energetika Nazirliyi məlumat yayıb.

Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 1, su elektrik stansiyaları və bio kütlədən alınan qaz və ya digər yanacaq növü vasitəsilə elektrik və istilik enerjisi istehsal edən elektrik stansiyalarında elektrik enerjisinin istehsalı üzrə 500 kilovatdan, digər hallar üzrə isə 150 kilovatdan yuxarı elektrik enejisinin istehsalı ilə bağlı 1 icazə verilib.

Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.



Əlaqəli Xəbərlər