"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2026-cı ilin iyun müqaviləsinin dəyəri 1,46% azalaraq 1 barelə görə 97,91 ABŞ dolları təşkil edib.
Operativ Media birjalara istinadən xəbər verir ki, Nyu-Yorkun "NYMEX" əmtəə birjasında 2026-cı ilin may ayında ixrac etməklə "WTI" markalı neftin 1 barelinin qiyməti də 2,28 azalaraq 96,82 ABŞ dollarına bərabər olub.