Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsi 4,6 dəfə artıb
Operativ Media
Bu ilin yanvar-mart aylarında Azərbaycanın İndoneziya ilə ticarət dövriyyəsinin ümumi həcmi 2025-ci ilin müvafiq dövrünə nisbətdə 4,6 dəfə artaraq 24,7 milyon dolları üstələyib.
Operativ Media xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.
Hesabat dövründə ölkənin ümumi ticarət dövriyyəsində İndoneziya ilə ticarətin payı 0,26 faiz təşkil edib.