Cari ilin ilk rübündə 27,9 milyon dollarlıq şəkər ixrac edilib
Operativ Media
Bu ilin yanvar-mart aylarında ölkədən 27,9 milyon ABŞ dolları dəyərində 42,5 min tondan çox şəkər ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 4,5 dəfə, həcmi isə 4,6 dəfə artıb.
Cari ilin ilk rübündə şəkərin ümumi ixracda xüsusi çəkisi 0,52 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 3,24 faizə bərabər olub.