Azərbaycana turist axını 5 %-ə yaxın azalıb
Bu ilin I rübündə Azərbaycana 172 ölkədən 484,4 min və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 4,7 % az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Operativ Media bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, gələnlərin 25,9 faizi Rusiya Federasiyası, 21,7 faizi Türkiyə, 8,9 faizi İran, 5,3 faizi Gürcüstan, 4,1 faizi Qazaxıstan, 3,6 faizi Hindistan, hər birindən 3 faiz olmaqla Pakistan və Özbəkistan, 2,5 faizi Səudiyyə Ərəbistanı, 2,1 faizi Çin, 1,9 faizi İsrail, 1,6 faizi Ukrayna, 1,5 faizi Türkmənistan, 1,2 faizi Böyük Britaniya, hər birindən 1 faiz olmaqla Küveyt və Birləşmiş Ərəb Əmirlikləri, 11,7 faizi digər ölkələrin vətəndaşları və vətəndaşlığı olmayan şəxslər olub, gələnlərin 71,8 faizini kişilər, 28,2 faizini qadınlar təşkil edib.
Son 1 ildə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 27,4 faiz artaraq 21,8 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 3,8 faiz artaraq 177,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 16,7 faiz azalaraq 69,1 min nəfər, digər ölkələrdən gələnlərin sayı 8,9 faiz azalaraq 216,4 min nəfər olub.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 68,6 faizi hava, 29,8 faizi dəmir yolu və avtomobil, 1,6 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Yanvar-mart aylarında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1 il əvvələ nisbətən 3,5 faiz azalaraq 452,6 min nəfər olub. Vətəndaşlarımızın 40,2 faizi Türkiyəyə (ötən ilin eyni dövrü ilə müqayisədə 6,4 faiz çox), 15,6 faizi Rusiya Federasiyasına (4,0 faiz az), 10,2 faizi Gürcüstana (11,0 faiz az), 9,3 faizi İrana (15,8 faiz az), 24,7 faizi isə digər ölkələrə (8,7 faiz az) gedib, gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
Xaricə gedən vətəndaşlarının 69 faizi hava, 29 faizi dəmir yolu və avtomobil, 2 faizi isə dəniz nəqliyyatından istifadə edib.