Menyu

Daha 30 min işsiz şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək

Operativ Media
Daha 30 min işsiz şəxsin özünüməşğulluğuna dəstək göstəriləcək

İşsizliklə bağlı geniş məşğulluq proqramları icra olunur

Operativ Media xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev APA-ya və ARB24-ə müsahibəsində deyib.

Nazir bildirib ki, işsizlik bütün ölkələr üçün aktual məsələdir və bu istiqamətdə Dövlət Məşğulluq Agentliyi tərəfindən aktiv məşğulluq tədbirləri həyata keçirilir.

Onun sözlərinə görə, 2019–2030-cu illəri əhatə edən Məşğulluq Strategiyası çərçivəsində mühüm islahatlar aparılıb, o cümlədən İşsizlikdən Sığorta Fondu yaradılıb və sistem təkmilləşdirilib.

Qeyd edilib ki, 2018–2026-cı illər ərzində 2,3 milyon vətəndaş aktiv məşğulluq tədbirlərinə cəlb olunub, 900 minə yaxın şəxs işlə təmin edilib, 60 min nəfər peşə hazırlığı kurslarına yönləndirilib, 112 min şəxsin isə özünüməşğulluğu dəstəklənib.

“İşsizin dostu” proqramı çərçivəsində 120 minə yaxın insanın müvəqqəti məşğulluğu təmin olunub.

Nazir əlavə edib ki, Dünya Bankı ilə birgə həyata keçirilən layihələr çərçivəsində özünüməşğulluq proqramı genişləndirilir və növbəti mərhələdə daha 30 min işsiz şəxsin özünüməşğulluğuna dəstək göstərilməsi planlaşdırılır.

Əlaqəli Xəbərlər