Menyu

Mis filizləri və konsentratlarının ixrac dəyəri 12 dəfəyədək artıb

Operativ Media
Mis filizləri və konsentratlarının ixrac dəyəri 12 dəfəyədək artıb

Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixrac göstəriciləri üzrə statistikaya əsasən, 2026-cı ilin yanvar-mart aylarında ölkədən 60,8 milyon ABŞ dolları dəyərində 27,9 min tondan çox mis filizləri və konsentratları ixrac olunub.

Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, bu, 2025-ci ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə dəyər ifadəsində 11,7 dəfə, həcm olaraq isə 7,4 dəfə çoxdur.

Ümumilikdə cari ilin ilk rübündə ölkədən dəyəri 785,97 milyon dollardan çox təşkil edən Azərbaycan mənşəli qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2025-ci ilin müvafiq göstəricisini 13,7 faiz üstələyir.

Hesabat dövründə dəyər ifadəsində mis filizləri və konsentratları ixracının xüsusi çəkisi 7,74 faizə bərabər olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər