Menyu

Tütün istehsalçılarına 186 min manat sığorta ödənişi verilib

Operativ Media
Tütün istehsalçılarına 186 min manat sığorta ödənişi verilib

Azərbaycanda indiyə qədər tütün sahələri üzrə fermer və təsərrüfatlara 186 min manat sığorta ödənişi verilib.

Operativ Media bu barədə Aqrar Sığorta Fonduna istinadən xəbər verir.

Məlumata görə, bu ödənişlər Balakən, Qax, Şəki və Zaqatala rayonlarında, tütünsahələrinə dolu, fırtına və sel-subasma hadisələri üzrə edilib. Tütün sahələrinin sığortası aprel ayında başlayır və may ayının sonuna qədər davam edir. Məhsulu vaxtında sığortalamaq onu daha çox riskdən, o cümlədən mayda baş verən leysan yağışlardan qorumağa imkan verir.


Əlaqəli Xəbərlər