Azərbaycanla Yunanıstanın ticarət dövriyyəsi 141,6 milyon dollar dəyərində olub
Operativ Media
Azərbaycanla Yunanıstan arasında bu ilin yanvar-mart aylarında ticarət dövriyyəsinin həcmi 141,6 milyon dollar dəyərində olub.
Operativ Media-nın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici 23,4% azdır.
Hesabat dövründə Azərbaycan Yunanıstandan 19,2 milyon dollar dəyərində mal idxal edib. Azərbaycanın bu ölkəyə ixracı isə 122,4 milyon dollar dəyərində olub.