2026-cı ilin mart ayında ölkədən 70 milyon ABŞ dolları dəyərində 47,7 min tondan çox pambıq ixrac edilib.
Dövlət Gömrük Komitəsindən Operativ Media-ya verilən məlumata əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 47,8 faiz, həcmi isə 56,8 faiz artıb.
Cari ilin martında pambığın ümumi ixracda xüsusi çəkisi 1,3 faizə bərabər olub.