Menyu

MÜTDA: 100 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb

Operativ Media
MÜTDA: 100 mindən çox uşağın I sinfə qəbul prosesi tamamlanıb

Mayın 6-dan etibarən həyata keçirilən 2026-2027-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Bu barədə Operativ Media-ya Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, bu günə qədər artıq 102 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb.

Qeyd edilib ki, qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə alternativ qeydiyyat mərkəzlərinə, agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə, ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Əlaqəli Xəbərlər