Xocalıda Qarabağ Universitetinin yeni binası tikiləcək
Operativ Media
Gələn il Xocalıda Qarabağ Universitetinin kənd təsərrüfatı fakültəsinin binası tikilməyə başlanılacaq.
Operativ Media xəbər verir ki, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubov Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Azərbaycan pavilyonunda “Münaqişədən sonra şəhərsalma: Məhv edilmiş kimliyin bərpası və inteqrasiya olunmuş gələcəyin yenidən qurulması” mövzusunda keçirilən tədbirdə deyib.
Xüsusi nümayəndə bildirib ki, növbəti illərdən tələbə qəbulu həyata keçiriləcək.