Menyu

DİM “Pearson VUE” imtahanları üçün əlavə tarixlər açıqlayıb

Operativ Media
DİM “Pearson VUE” imtahanları üçün əlavə tarixlər açıqlayıb

“Pearson VUE” təşkilatının kompüterəsaslı rəsmi test mərkəzi olan Dövlət İmtahan Mərkəzi (DİM) vətəndaş müraciətlərini nəzərə alaraq bu təşkilatın razılığı əsasında iyunun 3-ü, 10-u və 20-si imtahan təqviminə əlavə edib.

DİM-dən Operativ Media-ya bildirilib ki, qeydiyyat prosesi “Pearson VUE” təşkilatı tərəfindən həyata keçirilir. İmtahanda iştirak etmək üçün “Pearson VUE” rəsmi saytı vasitəsilə hesab yaratmaq lazımdır. Daha sonra imtahan veriləcək proqram seçilərək şəxsi kabinetə daxil olmaqla qeydiyyat tamamlanır. Qeydiyyat zamanı imtahan mərkəzi olaraq “Azerbaijan Republic State Examination Center” seçilməlidir. Test mərkəzi seçildikdən sonra DİM-də mövcud olan imtahan tarixləri və digər məlumatlarla tanış olmaq mümkündür.

Project Management Institute (PMP) imtahanının formatı iyulun 9-dan etibarən dəyişəcək.

İmtahanlar haqqında ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Əlaqəli Xəbərlər