Menyu

Bu gün ölkə üzrə bütün məktəblərin IV siniflərində monitorinq keçirilib

Operativ Media
Bu gün ölkə üzrə bütün məktəblərin IV siniflərində monitorinq keçirilib

Bu gün ölkə üzrə bütün dövlət ümumi təhsil müəssisələrinin IV siniflərində monitorinq keçirilib.

Operativ Media xəbər verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsi məlumat yayıb.

Monitorinq tədris dili və riyaziyyat fənləri üzrə aparılır. Qeyd edək ki, monitorinqin nəticəsi şagirdlərin summativ qiymətləndirmə ballarına, eləcə də onların sinifdən-sinfə keçmələrinə təsir göstərmir.

Monitorinqin keçirilməsində məqsəd şagird nailiyyətlərinin yaxşılaşdırılması, məktəblilərdə müvafiq standartlar üzrə bilik və bacarıqların hansı səviyyədə formalaşdığının müəyyən edilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində tədbirlərin görülməsidir.

Qeyd edək ki, bu il ilk dəfə olaraq monitorinq tapşırıqlarına açıq tipli suallar daxil ediləcək.

Əlaqəli Xəbərlər