Bakıda buraxılış siniflərini 87 519 şagird bitirir
2025-2026-cı tədris ilində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin IX siniflərini 50 219, XI siniflərini 37 222, XII siniflərini isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 78 nəfər bitirir.
Operativ Media xəbər verir ki, bu barədə BŞTİ-dən məlumat verilib.
Paytaxtdakı ümumi təhsil müəssisələri üzrə 41 941 nəfər I sinfi başa vurur.
Cari tədris ilində BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində 530 988 şagird təhsil alır.
BŞTİ-nin tabeliyindəki ümumi təhsil məktəblərində ümumilikdə, 32 052 müəllim fəaliyyət göstərir.
2025-2026-cı tədris ilində paytaxt üzrə ümumi təhsil məktəblərinin məktəbəhazırlıq qruplarını 21 384 uşaq başa vurub.
Qeyd edək ki, BŞTİ-nin tabeliyində 371 ümumi təhsil müəssisəsi fəaliyyət göstərir.