“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı keçirilib
İyunun 14-də VI “Yüksəliş” müsabiqəsinin əyani mərhələsinin son turu olan İdarəetmə bacarıqları imtahanı keçirilib.
Operativ Media xəbər verir ki, imtahan Dövlət İmtahan Mərkəzinin Elektron İmtahanlar Korpusunda iki sessiya üzrə təşkil olunub.
Analitik təhlil imtahanını uğurla başa vuran 1468 namizəd İdarəetmə bacarıqlarıimtahanında iştirak hüququ qazanıb.
“Yüksəliş” müsabiqəsinin İdarəetmə bacarıqları imtahanı 3 hissədən, “Sabit situasiya əsaslı tapşırıqlar”, “Şaxələnən situasiyaəsaslı tapşırıqlar” blokları və “Emosional zəka” alətindən ibarətolub. İmtahan çərçivəsində iştirakçılara ümumilikdə 120 tapşırıqtəqdim edilib. İmtahanın ümumi müddəti 4 saat təşkil edib.
“Yüksəliş” müsabiqəsinin beynəlxalq qiymətləndirmə prinsiplərinə uyğun şəkildə təşkil olunmasının göstəricilərindən biri də xaricdə yaşayan iştirakçılar üçün distant imtahan imkanının yaradılmasıdır. Bu namizədlər üçün imtahan proktorinq üsulu ilə, onlayn formatda və iki sessiya üzrə keçirilib. Proses zamanıimtahan təhlükəsizliyinin və şəffaflığın təmin olunması məqsədilə müasir texnoloji həllərdən istifadə edilib.
İmtahan nəticələri T-şkala əsasında hesablanacaq. Bu qiymətləndirmə üsulu TOEFL, GMAT, SAT kimi bir sırabeynəlxalq imtahanlarda tətbiq olunur və iştirakçılarınnəticələrinin daha obyektiv, müqayisəli və ədalətli şəkildəqiymətləndirilməsinə imkan yaradır.
İdarəetmə bacarıqları imtahanının nəticələri imtahan başaçatdıqdan sonra 5-7 iş günü ərzində iştirakçılara hesabat şəklindətəqdim olunacaq.
Əyani mərhələni uğurla tamamlayan iştirakçılar VI “Yüksəliş” müsabiqəsinin yarımfinal mərhələsinə vəsiqə qazanacaqlar. Yarımfinal və final mərhələlərinin yekunlaşması ilə müsabiqəninbuilki qalibləri müəyyən ediləcək.
Qeyd edək ki, bu il “Yüksəliş” müsabiqəsinə rekord sayda müraciət daxil olub. VI mövsüm üzrə ümumilikdə 17 651 namizəd qeydiyyatdan keçib. Onlardan 6112 nəfəri Analitik təhlil imtahanında iştirak edib. Növbəti mərhələdə isə 1468 namizədəyani mərhələnin son turu olan İdarəetmə bacarıqları imtahanında iştirak hüququ qazanıb.
“Yüksəliş” müsabiqəsi Azərbaycan Respublikasının Prezidenticənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla təsis olunub. Müsabiqə qalibləri mentorlar tərəfindən birillik fərdi inkişaf planı və özünüinkişaf üçün 20 min manat məbləğində pul mükafatı əldə edirlər.
Sayca altıncı “Yüksəliş” müsabiqəsinin keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 10 dekabr 2025-ci il tarixində müvafiq Sərəncamimzalanıb.