Menyu

Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 6 medal qazanıblar - FOTO

Operativ Media
 Azərbaycan məktəbliləri beynəlxalq olimpiadada 6 medal qazanıblar - FOTO

Rumıniyada keçirilən Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadasında (JBMO 2026) Azərbaycan komandası uğurla çıxış edərək ölkəmizə 3 gümüş və 3 bürünc medal qazandırıb.

Bu barədə Operativ Media-ya Azərbaycan Respublikası Təhsil İnstitutundan məlumat verilib.

Gümüş medal qazanan şagirdlər:

• Eldar İsmayılov – Bakı Avropa Liseyinin IX sinif şagirdi

• Alikamal Həsən – Bakı şəhər “Gənc istedadlar” liseyinin IX sinif şagirdi

• Gülay Əlizadə – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi

Bürünc medal qazanan şagirdlər:

• Toğrul Həmidli – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi

• Yusif Qurbanlı – Gəncə şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin IX sinif şagirdi

• Şamil Abbasov – Bakı şəhər fizika, riyaziyyat və informatika təmayüllü liseyin VIII sinif şagirdi

Qeyd edək ki, Yeniyetmələrin Balkan Riyaziyyat Olimpiadası (JBMO) regionun ən nüfuzlu riyaziyyat yarışlarından biri hesab olunur və hər il müxtəlif ölkələrdən yüzlərlə istedadlı məktəblini bir araya gətirir.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər