Menyu

Peşə təhsili müəssisələrində dövlət buraxılış imtahanları təşkil olunur

Operativ Media
Peşə təhsili müəssisələrində dövlət buraxılış imtahanları təşkil olunur

 “Peşə təhsili pilləsində təhsilalanların attestasiyasının aparılması” haqqında Elm və Təhsil Nazirliyinin Kollegiyasının müvafiq qərarlarına uyğun olaraq 2025/2026-cı tədris ili üzrə dövlət buraxılış imtahanları təşkil edilir.

Operativ Media xəbər verir ki, ölkə üzrə 73 peşə təhsili müəssisəsində təşkil edilən 1050 buraxılış imtahanı nəticə etibarilə 16 612 təhsilalanın yekun attestasiyasını əhatə edir.

Buraxılış imtahanları təhsil proqramlarının (kurikulumların) tələblərinə uyğun təhsilalanların əldə etdikləri bilik, bacarıq və səriştələrin yekun qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, buraxılış imtahanlarının təşkili və icrası prosesinə Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən onlayn nəzarət mexanizmi tətbiq olunur.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər