Menyu

"Arsenal" Vinisius Junior üçün "Real Madrid"ə 135 milyon avroluq təklif göndərib

Operativ Media
"Arsenal" Vinisius Junior üçün "Real Madrid"ə 135 milyon avroluq təklif göndərib

İngiltərənin "Arsenal" klubu "Real Madrid"in hücumçusu Vinisius Juniorun transferi üçün İspaniya təmsilçisinə 135 milyon avro təklif edib.

​Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" məlumat yayıb.

​Məlumata görə, əlavə bonuslar nəzərə alınmaqla transfer məbləği 145 milyon avroya qədər yüksələ bilər. 26 yaşlı braziliyalı futbolçunun Premyer Liqaya keçməyə müsbət yanaşdığı vurğulanır. Hücumçu Madrid klubunun müqavilənin müddətini uzatmaqla bağlı son təklifini qəbul etməyib.

​Qeyd edək ki, Vinisius 2018-ci ilin yayından "Real"ın şərəfini qoruyur və onun mövcud sözləşməsi 2027-ci ilin yayına qədər nəzərdə tutulub. O, 2025/2026-cı illər mövsümündə bütün turnirlər daxil olmaqla keçirdiyi 53 oyunda 22 qol vurub və 14 məhsuldar ötürmə edib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər